“SOCAR Energy Ukraine” bu ölkənin Müdafiə Nazirliyinin təyyarə yanacağının alınması ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub.
Banker.az Azərtac-a istinadən verdiyi məlumata görə, 4 min ton yanacağın alınması ilə bağlı hərracda, ümumilikdə, 4 şirkət iştirak edib.
“SOCAR Energy Ukraine” Müdafiə Nazirliyinə 1 100 ton təyyarə yanacağı tədarük edəcək.
Tədarükün son tarixi dekabrın ikinci ongünlüyünə qədərdir.
Qeyd edək ki, “SOCAR Ukrayna” Ticarət Evi MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə nümayəndəliyi olan SOCAR Şirkətlər Qrupuna daxildir. Neft məhsullarının xırda və iri topdansatış istiqamətini inkişaf etdirən bu MMC 2017-ci ildən təbii qaz bazarına çıxıb.