Qazaxıstan fond birjasında tengənin kursu 13 faiz qalxaraq 1 ABŞ dolları nisbətində 218.61 tengə təşkil edib.
“Gazeta.ru”ya istinadən xəbər verilir ki, bu gün Qazaxıstan milli valyutasının mübadilə məntələrindəki ticarət həcmi 75 milyon dollar təşkil edib.
Bildirək ki, Qazaxıstan Milli Bankı dünən inflyasiyaya nəzarət və azad valyuta kursuna keçib. Yeni monetar siyasətin ilk günündə, avqustun 20-də tengə ABŞ dollarına nisbətdə 26 faiz aşağı düşmüşdü.
SalamNews