20 C
Baku
Wednesday, April 24, 2024

Tereza Meyin vəzifəsində qalacağı dəqiqləşdi

Tereza Mey, Böyük Britaniyanın  Avropa İttifaqından (Brexit) çıxması  ilə əlaqədar olaraq etimad sualına həsr edilmiş səsvermədə  qalib gəlib və Böyük Britaniyanın Baş naziri vəzifəsində qalıb, Reuters xəbər verir.

Keçirilmiş gizli səsvermədə  Mey mühafizəkar deputatların çoxu tərəfindən dəstəkləndi, onlardan 200 nəfər Meyi dəstəkləyib, 117 nəfəri isə əleyhinə səs verib.

Lakin, Leyborist partiyasının lideri olan Ceremi Korbin, səsvermənin nəticələrini əhəmiyyətsiz saydığını bildirib, səbəb kimi isə Baş nazirin  parlamentdə çoxluğun dəstəyini artıq itirdiyini göstərib.

“Onun hökuməti xaos vəziyyətindədir və o, Avropa İttifaqı ilə ölkəyə uyğun olan və eyni zamanda ingilis işçiləri və ingilis iqtisadiyyatı məsələlərini xüsusilə əhəmiyyət verən bir razılaşma əldə edə bilmir”,– Korbin bildirib.

Tereza Mey isə  qeyd edib ki, onun vəzifəsindən uzaqlaşdırılması ölkənin maraqlarına uyğun deyil.

London və Brüsselin  Böyük Britaniyanın Brexit məsələsi ilə bağlı danışıqlar 2017-ci ilin yazında başlamışdır. Bu, 2016-cı ildə Böyük Britaniyada keçirilmiş referendumda Avropaya inteqrasiyaya qarşı çıxanların  51,9% ilə üstünlük qazanmasından sonra baş verib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər