Baş nazir Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının rəhbəri posutndan istefa verəcəyini bəyan edib
Ətraf mühit naziri Maykl Qouv Mühafizəkarlar partiyasının sədri və Böyük Britaniyann baş naziri uğrunda mübarizədə səkkizinci namizəd olub.
“Əminən ki, Mühafizəkarlar partiyasını gücləndirməyə Brexit-i sona çatdırmağa və qüdrətli ölkəyə rəhbərlik etməyə qadirəm”, – Qouv deyib.
Baş nazir Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının rəhbəri posutndan istefa verəcəyini bəyan edib. Bu tarixdən sonrakı bir həftə ərzində partiyanın yeni rəhbəri seçiləcək. Partiyaya yeni şəxs rəhbərlik etməyə başlayanda Mey baş nazir postunu da tərk edəcək.
Bu mübarizədə Qouvun rəqibləri XİN başçısı Ceremi Hant, beynəlxalq inkişaf naziri Rori Stüart, səhiyyə naziri Mett Henkok, keçmiş XİN başçısı Boris Conson, keçmiş əmək və təqaüdlər naziri Ester Makvi, İcmalar Palatasının lideri АAndrea Ledsom, Keçmiş Brexit naziri Dominik Raab olacaq.