Xırdalanda usta işlədiyi obyekdən oğurluq edib.
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, avqustun 19-u saat 17 radələrində Xırdalan şəhərində yerləşən marketlərin birində quraşdırılmış ödəmə terminalının sındırılaraq 550 manat oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətmiş marketi təmir edən usta Xalid Xubalıyev saxlanılıb.