10 C
Baku
Thursday, December 12, 2024

TerraUSD stabilkoininin yaradıcısı ABŞ-da müflis olmaq üçün müraciət edib

Monteneqro məhkəməsi 2023-cü ildən şirkətin təsisçisi Do Kvonun ekstradisiya işinə baxır.

CNBC yazır ki, 2022-ci ildə çökmüş TerraUSD stabilkoinini idarə edən kriptovalyuta şirkəti Terraform iflas üçün müraciət edib – bu, biznesin yenidən qurulmasını nəzərdə tutur və ona fəaliyyətini davam etdirməyə imkan verir.

Bəyanatda qeyd olunur ki, şirkət tərəfdaşlar və işçilər qarşısında öhdəliklərini 100 milyon ABŞ dolları ilə 500 milyon ABŞ dolları arasında qiymətləndirib.Onun aktivləri təxminən eyni məbləğdədir və əlavə maliyyələşdirmə tələb olunmur.

TerraUSD stabilkoini Luna kriptovalyutası tokeni vasitəsilə dolların dəyərinə bağlanmışdır. Onun dəyəri 2022-ci ilin mayında düşməyə başlamışdı. Terraform Labs tərəfindən buraxılan kriptovalyutaların investorları təxminən 42 milyard dollar itirib.

2022-ci ilin sentyabrında Cənubi Koreya məhkəməsi Terraform Labs-ın qurucusu Do Kvonun dələduzluq ittihamı ilə həbsinə order vermişdir.

Son xəbərlər
Digər xəbərlər