Ümumi xəstəlik, hərbi xidmət dövrü, istehsalat zədəsi, peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verən əlilliyə görə müavinətlər artırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş vermiş əlilliyə görə müavinət orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 270 manatdan 300 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 220 manatdan 250 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 150 manatdan 180 manata qaldırılıb.