9 C
Baku
Friday, December 13, 2024

“Tesla” 2026-cı ildə insanabənzər robotların kütləvi istehsalına başlayacaq

2025-ci ildə “Tesla” daxili istifadə üçün insanabənzər robotlara sahib olacaq və 2026-cı ildə şirkət onların kütləvi istehsalına başlamaq niyyətindədir. Bu barədə “Tesla”nın baş direktoru İlon Mask bildirib.

“Gələn il “Tesla” həqiqətən faydalı insanabənzər robotlara sahib olacaq və ümid edirəm ki, 2026-cı ildə digər şirkətlər üçün kütləvi istehsal başlayacaq”, – deyə o, “X”də yazıb.

“Tesla” 2022-ci ilin yazında “Optimus” kimi tanınan ilk insanabənzər robotunu təqdim edib. O zaman Mask belə maşınların istehsalının avtomobil biznesindən potensial olaraq daha böyük ola və işçi qüvvəsi çatışmazlığının öhdəsindən gəlməyə kömək edə biləcəyini söyləyib.

Belə robotlar süni intellekt sistemi, həmçinin “Tesla” elektrik avtomobillərində istifadə olunan sensorlar dəsti ilə təchiz ediləcək. Üz əvəzinə faydalı məlumatları göstərmək üçün monitora sahib olacaqlar. Maskın sözlərinə görə, insanabənzər robotların sayı 1 milyarda çatacaq.

Son xəbərlər
Digər xəbərlər