“Tesla” 2026-cı ildə pilotsuz avtomobillərin istehsalına başlayacağını açıqlayıb. Model “Cybercap” adını alacaq və robot taksi kimi istifadə ediləcək.
“Cybercab gələn il Texasda istehsala buraxılacaq və onun sükanı və pedalı olmayacaq. O özü-özünü idarə edəcək”, – deyə İlon Mask jurnalistlərə bildirib.
2024-cü ilin oktyabrında “Cybercab” təqdim edildikdən sonra “Tesla” səhmləri 7% ucuzlaşıb. “Bloomberg”in məlumatına görə, investorlar İlon Maskın özü-özünü idarə edən avtomobilin bazara necə və nə vaxt çıxacağı ilə bağlı daha konkret izahat verməsini gözləyirdilər.