10 C
Baku
Saturday, December 21, 2024

“Tesla” 700 min avtomobilini geri çağırır

“Tesla” şirkəti avtomobilin təkəri üçün təzyiqə nəzərət sistemindəki xəbərdarlıq işığında yaranmış problemə görə 700 min avtomobilini geri çağırır.

Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının yaydığı açıqlamada problemin 2024-cü il istehsalı olan “Cybertruck”, 2017-2025-ci illərin istehsalı olan “Model 3” və 2020-2025-ci illərin istehsalı olan “Model Y” avtomobillərində qeydə alındığı deyilir.

İlon Maskın rəhbərlik etdiyi şirkət problemi həll etmək üçün müştərilərə pulsuz proqram yeniləməsi təqdim edəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər