10 C
Baku
Wednesday, December 11, 2024

“Tesla” 9 min “Model X” elektrik avtomobilini geri çağırır

“Tesla” korpusda yaranan problemlərə görə ABŞ-də 9.1 min “Model X” elektrik avtomobilini geri çağırır, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Geri çağırılma elektrik avtomobillərinin xarici dam örtüyünün bir hissəsinin kifayət qədər möhkəm bərkidilməməsi və sürücülük zamanı çıxa bilməsi ilə əlaqədardır ki, bu da qəza riski yaradır.

“Bizzycar” xidmətinin hesablamalarına görə, ilin birinci yarısında “Tesla” ABŞ-də 2.6 milyon avtomobilini geri çağırıb və bu göstəricidə 3.6 milyon geri çağırışla “Ford”dan sonra ikinci yerdədir. Təkcə keçən il buraxılan “Cybertruck” elektrik pikapları, nasaz qaz pedalı və şüşə silən ilə bağlı problemlər də daxil olmaqla, dörd dəfə geri çağırılıb. İlin əvvəlindən bəri “Tesla” səhmləri 11% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər