14 C
Baku
Sunday, November 24, 2024

“Tesla” ABŞ şirkətləri arasında kapitallaşmasına görə 12-ci yerə düşüb

“Tesla” səhmlərinin qiyməti enməyə davam edir və beləliklə, şirkət ABŞ-da kapitallaşma üzrə liderlər siyahısında 12-ci yerə düşüb. Çərşənbə günü “Tesla” səhmləri 4.5% ucuzlaşaraq 169.48 dollara enib, şirkətin bazar dəyəri 545 milyard dollar təşkil edir.

“Tesla” səhmlərinin qiyməti bu ilin əvvəlindən 31%-dən çox ucuzlaşıb ki, bu da “Standard & Poor’s 500″ə daxil olan şirkətlər arasında ən pis göstəricidir. Eyni zamanda, indeksin özü təxminən 8% artıb.

Çərşənbə günü “Wells Fargo” analitikləri avtomobil istehsalçısının səhmlərinin hədəf qiymətini 200 dollardan 125 dollara endiriblər. Şirkətin baş icraçı direktoru İlon Mask daha əvvəl bildirmişdi ki,”Tesla” 2025-ci ilin sonuna qədər Ostin zavodunda daha ucuz, yeni nəsil elektrik avtomobilinin istehsalına başlayacaq.

Son xəbərlər
Digər xəbərlər