14 C
Baku
Sunday, November 24, 2024

“Tesla” ABŞ-ın 10 ən dəyərli şirkəti siyahısından çıxıb

“Tesla” son 13 ayda ilk dəfə bazar kapitallaşmasına görə ABŞ-ın on ən böyük ictimai şirkəti siyahısına daxil edilməyib. Avtomobil konserni 11-ci yerə düşüb, onun yerini “Visa” ödəniş sistemi tutub.

Çərşənbə günü, martın 6-da keçirilən ticarətin sonunda “Tesla”nın bazar kapitallaşması 562.2 milyard dollar, “Visa”nınki isə 563.4 milyard dollar təşkil edib. “Tesla” sonuncu dəfə 2023-cü ilin yanvarında ilk onluqdan çıxmışdı. İlk beşliyi “Microsoft”, “Apple”, “Nvidia”, “Amazon” və “Alphabet” şirkətləri tutur. Daha sonra “Meta”, “Berkshire Hathaway”, “Eli Lilly” və “Broadcom” gəlir.

MarketWatch qeyd etdiyi kimi, elektrikli avtomobillərə tələbin azalması fonunda “Tesla”nın səhmlərinin qiyməti aşağı düşür. “Morgan Stanley”in analitiki Adam Jonas da Çin bazarının həddindən artıq doyduğunu və qiymətlərin aşağı düşdüyünü qeyd edib.

Son xəbərlər
Digər xəbərlər