“Tesla” bitkoinlə satışların bərpa ediləcəyi vaxtı açıqlayıb

Amerikanın avtomobil istehsalçısı “Tesla” bitkoinlə satışların bərpa ediləcəyi vaxtı açıqlayıb. Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, şirkət kriptovalyutanın ekoloji cəhətdən təmiz olacağı vaxtı gözləyir.

“Maynerlər təmiz mənbələrdən əldə olunan enerjidən ağlabatan (50%) şəkildə istifadə etməyə başladıqdan sonra, “Tesla” yenidən bitkoin ilə satışlara icazə verəcək”, – deyə İlon Mask sosial şəbəkədə yazıb.

Qeyd edək ki, milyarderin bu açıqlamasından sonra bitkoin may ayının sonundan bəri ilk dəfə 39 min dollar səviyyəsini aşıb.

Bundan əlavə, Mask kriptovalyutadakı bütün aktivlərini satması barədə məlumatları təkzib edib. O, “Tesla”nın bitkoinlərin yalnız 10%-ni satdığını söyləyib.

Xatırladaq ki, İlon Mask 13 mayda elektromobillərin bitkoinlə satışını dayandırıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.