13 C
Baku
Wednesday, May 8, 2024

“Tesla” bu rübdə rekord mənfəət əldə etdiyini açıqlayıb

“Tesla”nın ilin üçüncü rübündə mənfəəti 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox olub.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, şirkətin xalis mənfəəti 331 milyon dollar və ya hər səhm başına 27 sent təşkil edib. Xatırladaq ki, keçən ildə bu göstərici 143 milyon dollar olub.

Mütəxəssislərin fikrincə, 2020-ci il şirkətlər üçün olduqca gəlirli ola bilər. Hesablamalara görə, üçüncü rübdə onların gəliri 39% artaraq rekord 8,77 milyard dollara çatıb. “Tesla”nın rəhbəri İlon Mask bunu “tarixin ən yaxşı rübü” adlandırıb.

Şirkət pandemiya başlayanda müəyyən çətinliklərlə üzləşsə də, ilin sonuna qədər 500 mindən çox avtomobil satmağı planlaşdırdığını təsdiq edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər