10 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

“Tesla” bütün avtomobil modellərinin qiymətini qaldırıb

“Tesla” bütün avtomobil modellərinin qiymətlərini qaldırıb. Verilən məlumata görə, baza sayılan “Model 3” və “Model Y” elektromobillərinin qiyməti 2 min ABŞ dolları artaraq 43 990 və 56 990 ABŞ dolları olub.

Banker.az xəbər verir ki, daha bahalı “Model S” və “Model X” avtomobillərinin qiyməti isə dərhal 5 min ABŞ dolları qalxıb – 94 990 və 104 990 ABŞ dollarına çatıb. Qlobal yarımkeçirici çatışmazlığına baxmayaraq, 2021-ci ilin üçüncü rübü “Tesla” üçün çox uğurlu olub.

Hələ iyun ayında “Tesla”nın CEO-su İlon Mask 2021-ci ilin birinci yarısında “Model 3” və “Model Y” avtomobillərinin qiymətinin artacağı barədə məlumat verib. Sahibkar bunu təchizat zəncirindəki çatışmazlıqlarla əlaqəli olduğunu söyləyib.

Şirkət son qiymət artımları ilə bağlı izahat verməsə də, maliyyə direktoru Zak Kirkhorn investorlara verdiyi açıqlamada elektrikli avtomobillərə artan tələbatın “Tesla” üçün təəccüblü olduğunu etiraf edib.

Son xəbərlər
Oxşar xəbərlər
X