Elektromobil istehsalçısı “Tesla” bütün modellərinin qiymətlərini aşağı salıb.
Son iki ildə avtomobillərin qiymətlərini tədricən artıran şirkət 2022-ci ilin sonundan etibarən tamamilə əks qiymət siyasəti yürüdür, həm qlobal, həm də ABŞ bazarında qiymətlərini aşağı salır.
Qiymət dəyişikliklərinə əsasən, “Model 3”- ün baza qiyməti 42 990 dollardan 41 990 dollara düşüb. “Tesla Model Y” qiyməti ilə yanaşı, baza modeli də dəyişib. Çin istehsalı olan “Model Y AWD” modeli indi 49 990 dollara satışa çıxarılacaq. Model “Y Long Range” və “Performance” variantları müvafiq olaraq 52 990 və 56 990 dollara iki min dollar endirimlə satışa çıxarılıb.
Ayrıca “Tesla Model S” və “Model X” vasitələrində şirkət 5 min dollarlıq endirim edib. Yeni qiymətlər baza modelləri üçün müvafiq olaraq 84 990 dollar və 94 990 dollar olub . Eyni şəkildə modellərin üst paketlərində də eyni endirim edilib. “Tesla”nın endirim qərarlarının arxasında iki səbəb var. Birincisi, ABŞ-da vergi kreditindən yararlanmaq, ikincisi isə aşağı düşən tələbləri canlandırmaqdır.