“Tesla” şirkəti Çində elektromobil istehsalının genişləndirilməsi üzrə planlarına yenidən baxacaq.
Bu barədə “Reuters” məlumat yayıb.
Şirkət əlavə topraq sahəsi alaraq, öz müəssisəsinin ərazisini genişləndirmək niyyətindən imtina edib.
Ekspertlərin fikrincə, “Tesla”nın öz qərarını dəyişməsinin başlıca səbəbi ABŞ və Çin arasındakı ticarət müharibəsidir. Bəziləri isə bunu pandemiya nəticəsində yaranan iqtisadi enişlə əlaqələndirir.