11 C
Baku
Sunday, November 17, 2024

“Tesla” Çində 435 min avtomobilini geri çağırıb

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” Çindəki 435 mindən çox avtomobilini geri çağırır. Bu gün, dekabrın 1-də Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası (SAMR) şirkətin 142 000-dən çox Model 3 elektromobilini və 293 000-ə yaxın Çin istehsalı olan Model EV-i geri çağırmaq planlarını açıqlayıb. Bu, “Tesla”nın Çində 80 000 avtomobilini geri çağırmasından bir neçə gün sonra baş verib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

SAMR-a görə, geri çağırılan avtomobillərdə yan işarə işıqlarının işləməsinə mane ola biləcək proqram xətaları var. “Tesla” avtomobil proqram təminatını distant yeniləyəcək. Şirkət proqram sistemlərini distant yeniləmək mümkün olmayan avtomobil sahibləri ilə də əlaqə saxlayacaq.

Son xəbərlər
Digər xəbərlər