“Tesla” şirkəti təhlükəsizlik səbəbilə Çin bazarından 26 mindən çox avtomobili geri çağırmaq qərarına gəlib.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Geri çağırılma Çində 28 dekabr 2020-ci il və 15 yanvar 2022-ci il tarixləri arasında istehsal edilmiş 12 min “Model 3” elektrik avtomobili və 14 min “Model Y” elektrik avtomobilinə aiddir.
“Tesla” aydınlaşdırıb ki, bu elektrik avtomobillərində istilik nasosunda nasazlıq var və istismar zamanı potensial təhlükə yarada bilər.
Şirkət avtomobillərdə olan qüsurları pulsuz aradan qaldıracağına vəd edib.