Amerikanın elektrik avtomobil istehsalçısı olan Tesla Şanxay zavodunda “Model Y” elektrik avtomobilinin istehsalını noyabr ayı ilə müqayisədə 20% azaldacaq.
Müvafiq göstəricilər fabrikin dekabr istehsal planına daxil edilib.
Daha əvvəl açıqlanan statistik məlumatlara görə, “Tesla”nın Şanxay zavodunda bu ilin ilk on ayında istehsal həcmi 554 778 elektrik avtomobili təşkil edib ki, bu da 2021-ci illə müqayisədə çoxdur.
Mayın əvvəlində mediada “Tesla”nın Şanxayda Linqanq Azad Ticarət Zonasında daha bir elektrik avtomobili yığma zavodu tikmək planları barədə məlumat verilmişdi. İldə təxminən 450 min elektrik avtomobili həcmində Model 3 və Model Y elektrik avtomobillərinin istehsalına başlamaq planlaşdırılırdı.
Yeni obyektin istismara verilməsi şirkətə Şanxayda elektrik avtomobillərinin yığılmasını ildə 1 milyon ədədə çatdırmağa imkan verməli idi.