“Tesla” “Dogecoin” ilə alına biləcək mallar buraxacaq

İlon Mask “Twitter”də etiraf edib ki, “Tesla” “Dogecoin” ilə alına biləcək bəzi mallar buraxacaq.

Banker.az xəbər verir ki, sahibkarın bu açıqlamasından sonra kriptovalyutanın qiyməti 30% artaraq 0.2 dollara çatıb.

Xatırladaq ki, 2021-ci ilin may ayında Mask “Twitter”də istifadəçilərin “Tesla” avtomobillərini “Dogecoin” ilə almaq istəyib-istəmədiyini soruşub ki, bu da kriptovalyutanın qiymətinin 17% qalxmasına səbəb olub.

Mart ayında İlon Mask bitkoinlə satışlara başladığını açıqlasa da, sonrada mayninqin ekoloji olmadığına görə bunu dayandırıb.

Son xəbərlər
Digər xəbərlər