14 C
Baku
Saturday, November 23, 2024

“Tesla” dünyanın ən bahalı avtomobil şirkətinə çevrilir

“Tesla” şirkətinin səhmlərinin qiyməti 1000 dollara çatıb ki, bu da onu dünyanın ən bahalı avtomobil şirkətinə çevirir.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Elektrikli avtomobil şirkəti 190 milyard dollar dəyərində qiymətləndirilir və “Toyota”, “Ford”, “General Motors”, “Honda” və “Fiat Chrysler” kimi tanınmış avtomobil istehsalçılarını geridə qoyur.

Səhmlər çərşənbə axşamı günü şirkətin direktoru İlon Mask yeni Tesla Semi elektrik avtomobilinin kütləvi istehsal üçün hazır oldugunu bildirərək, işçilərə e-poçt göndərdikdən sonra artmağa başlayıb.

Belə bir məktubun mövcudiyyətini və orada göstərilən informasiyanı İlon Mask öz “Twitter” hesabında təsdiq edib.

Son xəbərlər
Digər xəbərlər