6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

“Tesla” elektrikli avtomobil sahiblərinə 16 min dollar ödəyəcək

Norveçdə məhkəməsi “Tesla” şirkətini 2013-2016-cı illərdə istehsal olunan 85 kVt/s batareyalı “Model S” və “Model Y” elektrikli avtomobillərin şarj sürəti azaldığı üçün şirkəti günahkar hesab edib. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, 2019-cu ildə şirkət elektrikli avtomobillər üçün yeniləmə buraxıb. Bundan sonra əvvəlki avtomobil modellərinin batareya tutumu xeyli azalıb ki, nəticədə şarj sürəti aşağı düşüb.

“Tesla” yeniləmənin elektrikli avtomobillərin batareyalarını daha etibarlı hala gətirməsi və ömrünü uzatması üçün lazım olduğunu bildirib. Ümumilikdə Norveçdə iddiaçıların meyarlarına cavab verən 10 min avtomobil var.

Əgər digər avtomobil sahibləri “Tesla”ya qarşı iddia qaldırsalar, şirkət 160 milyon dollar cərimə ödəməyə məcbur olacaq. İlon Mask məhkəmə qərarına hələ heç bir reaksiya göstərməyib. Şirkət qərarla bağlı 30 may tarixinədək şikayət edə bilər.

Son xəbərlər
Oxşar xəbərlər