Amerikanın “Tesla” şirkəti elektrikli avtomobillərin bitkoin ilə satışını dayandırdığını açıqlayıb. Şirkət bunu kriptovalyutanın əldə edilməsi üsullarının ekoloji cəhətdən təmiz olmaması ilə əlaqələndirib.
“Biz bitkoin mədənçiliyi üçün istifadə olunan yanacaq ehtiyatlarının, xüsusilə kömürün ekologiyaya vurduğu zərərə görə narahatıq”, – deyə İlon Mask sosial şəbəkədə yazıb.
Milyarder həm də öz bitkoinlərini satmayacağını qeyd edib. Maskın sözlərinə görə, kriptovalyutaların böyük gələcəyi var, lakin onların inkişafının “ətraf mühitə zərər verməsinə” yol vermək olmaz.
Xatırladaq ki, 20 fevralda “Tesla”nın rəhbəri kriptovalutaların olduğundan daha yüksək qiymətləndirildiyini söyləyib. Mask kriptovalyutanın hər hansı bir məlumat sistemi kimi gecikmiş səhvlərə meylli olduğunu qeyd edib.