12 C
Baku
Saturday, November 23, 2024

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

İlon Maskın “Tesla Power” kompaniyası özünə məxsus olan elektromobil akkumulyatorunun eynisini istehsal etdiyinə görə Hindistanın eyniadlı şirkətini məhkəməyə verib.

Hindistan şirkəti “Tesla Power” brendindən istifadə edərək ABŞ kompaniyasının ticarət nişanını mənimsəyib. İlon Mask Yeni Dehli məhkəməsindən şirkətə qarşı təzminat tələb edib. “Tesla” bu həftə keçirilən Yeni Dehli Ali Məhkəməsinin iclasında bildirib ki, Hindistan şirkəti 2022-ci ilin aprelində göndərilən dayandırma və imtina bildirişinə baxmayaraq, öz məhsullarını “Tesla Power” brendi ilə reklam etməyə davam edib.

Məhkəmə istintaqı zamanı Hindistan şirkəti “Tesla Power India Pvt Ltd”nin əsas işinin qurğuşun turşusu akkumulyatorları istehsal etmək olduğunu bildirib və elektrikli avtomobillər istehsal etmək niyyətində olmadığını iddia edib. Məhkəmə qeydləri göstərir ki, hakim Hindistan firmasına üç həftə yazılı izahat təqdim etməyə icazə verib.

Maskın Tesla şirkəti Delaverdə keçirdiyi brifinqdə Hindistan şirkətini “Tesla Power” və “Tesla Power USA” ticarət brendlərindən istifadə etməkdə ittiham edib. Məhkəmə iddiasına müvafiq sübutlar da əlavə olunub.

Bu məhkəmə prosesi İlon Maskın aprelin 21-də Hindistanda Baş nazir Narendra Modi ilə görüşmək üçün planlaşdırdığı səfərini ləğv etməsindən sonra baş verir. Bir müddət sonra Mask Çinə sürpriz bir səfər edib və təkmil sürücüyə yardım paketini yaymaqda irəliləyişə nail olub. Hindistanlı şərhçilər bu addımı “qərəzli” adlandırıb.

“Tesla India” ticarət markası üzrə məhkəmə prosesi mayın 22-də davam edəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər