1 C
Baku
Saturday, December 14, 2024

“Tesla” hökumətin qadağasına baxmayaraq fəaliyyətini bərpa edir

“Tesla” nın Kaliforniyadakı zavodu hökumətin koronavirusun yayılması ilə əlaqədar qoyduğu qadağalara baxmayaraq fəaliyyətini bərpa edir. Banker.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask öz “Twitter” səhifəsində bildirib.

Mask həbsə hazır olduğunu söyləyib.

Kaliforniya hakimiyyəti mayın 7-də məhdudiyyətləri aradan qaldıraraq, yerli istehsalçılara işlərini bərpa etməyə icazə verib. Buna baxmayaraq, son qərar səlahiyyətlilər tərəfindən qəbul ediləcək.

Bununla əlaqədar olaraq, Mask şirkətin baş ofisini Kaliforniyadan Texas və ya Nevadaya köçürəcəyini açıqladı. Mayın 10-da “Tesla” Kaliforniya və ABŞ qanunlarının pozulması ilə bağlı məhkəmədə yerli hökumətə qarşı iddia qaldırdı.

Son xəbərlər
Digər xəbərlər