Cari ilin iki həftəsində ABŞ-nin elektrikli avtomobil şirkəti “Tesla” bazar dəyərini 94 milyard dollar itirib ki, bu da şirkətin qurucusu İlon Mask üçün “ilin ən pis başlanğıcıdır”.
Bu barədə “Bloomberg” öz hesablamalarına istinadən yazıb.
Agentlik qeyd edib ki, əgər “Tesla” 2023-cü ildə kapitallaşmasını iki dəfə artırdığı halda, ABŞ-nin ən böyük avtomobil icarəsi oyunçularından biri olan “Hertz Global Holdings Inc”in elektrikli nəqliyyat vasitələrindən imtina etmək niyyəti xəbərləri, eləcə də Çin markalarının artan rəqabəti fonunda Maskın şirkətinin səhmlərinin dəyəri azalıb.
Nəşrin analitikləri hesab edirlər ki, investorların “Tesla” ilə bağlı əsas narahatlığı elektrik avtomobilləri bazarında artımın durğunluğudur. Mütəxəssislər qeyd ediblər ki, Çində elektrikli avtomobillərin qiymətlərinin düşməsi bu narahatlığı daha da artırır.
Bu ilin əvvəlində “Tesla”nın kapitallaşması 2010-cu ildə birjaya çıxdıqdan sonra rekord göstəricidir. Agentlik bildirib ki, faiz ifadəsində “Tesla”nın yanvarın əvvəlindən bəri 12 % azalması “Tesla” səhmlərinin ilin ilk doqquz ticarət günündə 14 % ucuzlaşdığı 2016-cı ildən bəri ən pis göstəricidir.