15 C
Baku
Saturday, April 20, 2024

“Tesla” işçilərinin işə getməsini rahatlaşdırmaq üçün dəmir yolu xəttini alıb

“Tesla” şirkəti Berlin zavodunun işçilərinin işə satmasını asanlaşdırmaq üçün qatar xəttini alıb.

Banker.az xəbər verir ki, Almaniyanın İnfrastruktur və Milli Planlaşdırma Nazirliyi avtomobil istehsalçısının “DRE” regional dəmir yolu qrupundan xətti aldığını təsdiqləyib.
“Tesla” bu yoldan yaxınlıqdakı Erkner şəhərindən “Giga Berlin”in cənubundakı yeni dayanacağa qədər işçi qatarı idarə etmək üçün istifadə etməyi planlaşdırır.

Qeyd olunur ki, “Giga Berlin” zavodu hələ tam fəaliyyətə başlamasa da, şirkət işçilərinin rahat şəkildə işə gedib-gələ bilməsi üçün şərait yaradıb.

Son xəbərlər
Digər xəbərlər