9 C
Baku
Thursday, December 12, 2024

“Tesla” kütləvi ixtisarları davam etdirir

“Tesla” kütləvi ixtisarları davam etdirir. “The Information” və “Elektrek” nəşrlərinin məlumatına görə, işdən çıxarılmanın ikinci dalğasına enerji doldurma stansiyaları şəbəkəsini inkişaf etdirmək üçün yaradılan “Supercharger” komandası  məruz qalıb. Söhbət 500 işçidən gedir, onların kiçik bir hissəsi başqa bölmələrə keçə bilər.

İxtisarlar çərçivəsində aprelin ortalarında işdən ayrılan Rohan Patelin rəhbərlik etdiyi “Tesla”nın ictimai siyasət departamenti də ləğv ediləcək. Xatırladaq ki, ilk ixtisar dalğasında “Tesla” işçilərinin 10%-dən çoxu, yəni ən azı 14 min nəfər işdən çıxarılıb. Patel ilə birlikdə akkumulyatorların inkişafı şöbəsinin rəhbəri Dryu Baglino 18 illik işdən sonra şirkəti tərk edib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Mask məktubda yazır ki, “Tesla” işçilərin ixtisarı və xərclərin azaldılması məsələlərində “sərt” olmalıdır. Keçən həftə “Tesla” birinci rübün maliyyə nəticələrini açıqlayıb, şirkətin gəliri və mənfəəti gözləniləndən daha pis olub.

Son xəbərlər
Digər xəbərlər