“Tesla” mikroçip istehsalı çatışmazlığı fonunda ən bahalı sedanından imtina etdi

“Tesla” mikroçip istehsalı çatışmazlığı fonunda ən bahalı “Model S Plaid Plus” sedanından imtina etməli olub. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir ki, şirkətin qucusu İlon Maskın “Twitter”də vurğuladığı kimi, avtomobil istehsalçısı bütün diqqətini “Model S Plaid” modelinə yönəldəcək.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında “Tesla” yeni “Model S Plaid” istehsalına başlayacağını açıqlayıb. ABŞ-da avtomobilin qiyməti 139 900 dollar təşkil edir.

“CNBC” bildirir ki, mart ayına şirkət avtomobilin qiyməti 10 000 dollar artırıb və 150 000 dollara çatdırıb. Digər Şimali Amerika istehsalçıları kimi, “Tesla” da təchizat problemləri ilə mübarizə aparır.

2021-ci ilin birinci rübündə şirkət bir dənə də olsun bahalı “Model S” və ya “Model X” istehsal etməyib. Aprel ayında Mask təchizat problemləri ilə üzləşib və çip çatışmazlığını “nəhəng maneə” adlandırıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.