21 C
Baku
Friday, October 4, 2024

“Tesla” Model 3-ün yeni versiyasını təqdim edib – Foto

“Tesla” ən çox satılan avtomobilinin – Model 3-ün yeni modifikasiyasını təqdim edib. Yeni modifikasiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, bir dəfə doldurma ilə yürüş əvvəlkindən 9% çox olacaq və 606 km təşkil edəcək.

Şirkət həmçinin bildirib ki, yeni versiya təkmilləşdirilmiş səs sisteminə, daha rahat salona malik olacaq, arxa oturacaq isə displey ilə təchiz olunacaq. Bundan əlavə, kuzovun ön hissəsinin dizaynı bir qədər dəyişib ki, bu da avtomobilin aerodinamik xüsusiyyətlərini yaxşılaşdıracaq.

Tesla 3

Tesla 1

Tesla 2

Yeni Model 3 avtomobili Çin, Avropa, Yaxın Şərq, Yaponiya və Avstraliya üçün istehsal olunacaq. Onun başlanğıc qiyməti əvvəlki versiyanın qiymətindən 12% baha olacaq və 35.8 min dollar təşkil edəcək.

Bu il şirkət Çində Cybertruck elektrik pikapının kütləvi istehsalına başlamağı planlaşdırır. Son vaxtlar “Tesla” ümumilikdə Çində istehsalını gücləndirir: iyulda o, ölkədə istehsal olunan 64.3 min elektrik avtomobili satıb ki, bu da bir il əvvəlkindən 31% çoxdur.

updated tesla model 3 large

updated tesla model 3 front head on large

updated tesla model 3 taillamps large

Tesla 4

Son xəbərlər
Digər xəbərlər