Elektrikli avtomobil istehsalçısı “Tesla” “Model 3″ün qiymətini daha da endirib.
Bu barədə şirkətin sözcüsü məlumat verib.
Belə ki, 1100 dollar qiymət endirimi “Model 3″ün ən ucuz versiyasının qiymətinin 42 900 dollara enməsinə səbəb olub.
Ötən ilin 4-cü rübündə daha az “Model 3” sedan avtomobili çatdıran “Tesla”nın satışları artırmaq üçün bu addımı atdığı deyilir.
©Finans.az