“Tesla” Model Y krossoverinin büdcəli versiyasının satışını dayandırdı

İlon Maska məxsus olan “Tesla” şirkəti Model Y krossoverinin büdcəli versiyasının satışını dayandırdığını bildirib. Şirkət bu qərarın səbəbləri barədə heç bir açıqlama verməsə də, bunun qiymətlərlə dəyişikliklərin olması fonunda baş verdiyi qeyd edilir.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Xatırladaq ki, Tesla Model Y Standard Range satışa cəmi bir ay əvvəl çıxıb. Onun ən vacib xüsusiyyətlərindən biri – şarj etmədən 392 km-ə qədər yol getmək qabiliyyətidir. Elektrikli avtomobilin başlanğıc qiyməti 42 min dollar təşkil edib. Onunla yanaşı, Tesla Model 3 avtomobilləri ucuzlaşıb.

“Tesla” avtomobillərinin qiymət dəyişikliyi yeni Chevrolet Bolt modelinin nümayişindən sonra baş verib. Belə ki, bu avtomobilin qiyməti 31 995 dollar təşkil edir. “Tesla” bu xəbərin fonunda Model 3 və Model Y avtomobillərinin qiymətini aşağı salıb.

Hal-hazırda Model 3 avtomobili Chevrolet Bolt ilə müqayisədə 3 min dollar baha qiymətə satılır, lakin 6.4 km daha çox hərəkət edə bilir.

Daha əvvəl “Tesla”nın Bitcoin kriptovalyutasına 1.5 milyard dollar sərmayə qoyması məlum olmuşdur. Ekspertlərin hesablamalarına görə, Bitcoin “Tesla” üçün avtomobil satışından daha sərfəli olub. Buna baxmayaraq, İlon Mask kriptovalyutanın olduğundan daha yüksək qiymətləndirildiyini hesab edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.