9 C
Baku
Thursday, December 12, 2024

“Tesla Motors” şirkəti işçilərinin maaşını 30% aşağı salacaq

Amerikanın elektrokar istehsal edən məşhur “Tesla Motors” şirkəti işçilərinin maaşını 30 faiz aşağı salacaq, bəzi əməkdaşlar isə ödənişsiz məzuniyyətə göndəriləcək.

Xəbəri “Reuters” agentliyi yayıb.

Şirkətin vitse-prezidentlərinin maaşları 30%, bölmə rəhbərlərinin əməkhaqları 20%, sıravi işçilərin məvacibi isə 10% ixtisar ediləcək.

Qərar aprelin 13-dən icra ediləcək.

“Tesla” zavodlarında əvvəlki qaydada fəaliyyətin mayın 4-dən bərpa edilməsi planlaşdırılır.

Qeyd edək ki, şirkət koronavirus pandemiyası ilə əlaqədar ABŞ-ın bəzi ştatlarında yerləşən zavodlarını bağlayıb.

©Report

Son xəbərlər
Digər xəbərlər