8 C
Baku
Thursday, March 28, 2024

“Tesla” ödənişləri “Dogecoin”la qəbul etməyə başladı

“Tesla” müəyyən məhsullar üçün ödəniş olaraq “Dogecoin” kriptovalyutasını qəbul etdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, müvafiq məlumat İlon Maskın yaratdığı elektromobil istehsal edən şirkətin saytında yer alıb.

Şirkətin mağazasında geyim, aksesuar, avtomobil və digər mallar təqdim olunur. Kriptovalyuta ilə satın alına bilən məhsullar xüsusi işarə ilə etiketlənir. “Tesla”nın internet saytında qeyd olunur ki, “Dogecoin”la edilən alışlar geri qaytarıla, dəyişdirilə və ya ləğv edilə bilməz. Onlayn mağaza digər kriptovalyutalarla işləmir.

İlon Mask özü də “Twitter”də “Tesla” məhsullarını “Dogecoin” ilə almaq mümkün olduğunu yazıb.

Son xəbərlər
Digər xəbərlər