Elektrikli avtomobil istehsalçısı olan “Tesla” şirkəti tekila satmağa başlayıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, “Tesla Tequila”nı şirkətin onlayn mağazasından sifariş etmək olacaq, içki biri 250 dollara 750 ml-lik şüşə butulkalarda satılacaq.
Qeyd edək ki, bir müştəri maksimum iki butulka tekila sifariş edə biləcək, alkoqolun onlayn satışı ilə bağlı qanunlara görə isə şirkət ABŞ-ın bütün ştatlarında deyil, yalnız müəyyən əyalətlərində satış edə biləcək.
Avtomobil istehsalçısı “Tesla Tequila”nı “eksklüziv” və “premium” içki kimi təqdim edir – de agave añejo. İstehsala görə Kaliforniyanın “Nosotros Tequila” şirkəti məsuldur.
“Tesla”nın rəhbəri İlon Mask ilk dəfə 1 aprel 2918-ci ildə şirkətin iflas etdiyini və sahibkarın özünü isə huşsuz vəziyyətdə tapıldığını zarafat edərkən tekiladan bəhs etdi.
2018-ci ilin oktyabr ayında “Tesla” “Teslatequila” əmtəə nişanını qeydiyyata almaq üçün müraciət edib.