17 C
Baku
Thursday, May 2, 2024

“Tesla” öz saatını təqdim edib – Qiyməti 120 dollardır

Amerikalı iş adamı İlon Maskın “Tesla” şirkəti əsas xüsusiyyəti kvars şüşə kolbaları şəklində quraşdırılmış altı rəngli IPS ekranı olan “S3XY Time Glow Clock” aksesuarını buraxıb. Cihazın bazası alüminium ərintisidən hazırlanıb, korpusda dinamik, Wi-Fi modulu və USB Type-C portu var.

Cihazın əsas funksiyalarından biri zəngli saatdır. Şəkildən göründüyü kimi, saat altı displey ilə təchiz olunub, onlardan beşi fərdiləşdirilir. İstifadəçilər displeyə şəkillər yükləyərək öz dizaynlarını yarada bilərlər.

download 16

download 17

Ölçü baxımından saatın uzunluğu 204 mm, eni 68 mm, hündürlüyü isə 70 mm-dir. Çəkisi 475 qramdan çox deyil. Yeni məhsul artıq Çində təxminən 120 dollar qiymətinə satışdadır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər