“Tesla” istehsal etdiyi avtomobillərin sahibləri üçün “böyük sığorta şirkəti”ni açmağı planlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə İlon Maskın investorlarla görüşdə verdiyi açıqlamaya istinadən “Business Insider” məlumat verib.
Maskın sözlərinə görə, şirkət sığorta haqqını avtomobil sistemlərinin sürücülük tərzi ilə bağlı topladığı məlumatlardan istifadə edərək hesablayacaq. Sürücü nə qədər çox təhlükəsiz sürərsə, sığorta da bir o qədər baha olacaq. Sahibkar digər təfərrüatları hələ açıqlamayıb.
Xatırladaq ki, “Tesla” öz sığortasını sürücülərə 2019-cu ilin avqust ayından təklif etməyə başlayıb. Layihə Kaliforniyada işə salınıb və gələcəkdə ABŞ-ın digər ştatlarında genişləndiriləcək. Şirkət “Tesla” sahiblərinə 20-30% endirim vəd etsə də, bəzi müştərilər digər sığortaçılarla müqayisədə qiymətlərin daha yüksək olduğunu bildiriblər.
Qeyd edildiyi kimi, “Tesla” sahibləri ehtiyat hissələrini tapmaqda çox vaxt çətinlik çəkirlər. Bununla yanaşı, ixtiüsaslı avtoservislərin sayı az olduğundan onların sığorta xərci nisbətən daha böyükdür.