12 C
Baku
Cümə, Dekabr 3, 2021

“Tesla” qərargahını Kaliforniyadan Texasa köçürür

İlon Mask şirkətin illik toplantısında “Tesla”nın qərargahının Kaliforniya ştatının Palo-Alto şəhərindən Texas ştatının Austin şəhərinə köçürüləcəyini açıqlayıb. Banker.az xəbər verir ki, bu qərara baxmayaraq, “Tesla” Kaliforniyadakı Frimont zavodunda istehsalı 50% artırmağı planlaşdırır.

Xatırladaq ki, Mask bütün diqqətini “SpaceX” üzərində cəmləşdirmək üçün dekabr ayında Kaliforniyadan Texasa köçüb, həm də ABŞ-ın bu ştatında fiziki şəxslərə qarşı gəlir vergisi tətbiq olunmur.

Hələ 2020-ci ilin may ayında milyarder Kaliforniya səlahiyyətlilərinə “Tesla”nın qərargahını Texasa köçürəcəyi barədə xəbərdarlıq edib. Hökumət COVID-19 pandemiya ilə əlaqədar olaraq zavodun işini məhdudlaşdırıb.

Son xəbərlər
Oxşar xəbərlər
X