26 C
Baku
Saturday, July 27, 2024

“Tesla” qəza riskinə görə 363 min avtomobilini geri çağırır

“Tesla” fevralın 16-da 363 min elektrik avtomobilini geri çağırdığını açıqlayıb. Şirkət belə qənaətə gəlib ki, bu elektrik avtomobillərdə quraşdırılmış “Full Self-Driving Beta” sisteminin beta versiyası qəzalara səbəb ola bilər. Geri çağırma barədə cümə axşamı ABŞ-ın Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) məlumat verib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

NHTSA-ya görə, FSD Beta-dan istifadə edən elektrik avtomobilləri bəzi hallarda, məsələn, yolayrıcından keçərkən təhlükəli şəkildə işləyə bilər və bu da qəzalara səbəb ola bilər. Adından fərqli olaraq, FSD Beta insan müdaxiləsi olmadan bütün hallarda avtomatik idarə etməyə imkan verən sistem deyil.

Geri çağırılma müxtəlif istehsal illərində olan Model S, Model X, Model 3 və Model Y avtomobillərinə təsir edəcək.

Son xəbərlər
Digər xəbərlər