36 C
Baku
Sunday, July 20, 2025

“Tesla” rəsmi olaraq Hindistan bazarına çıxıb

Amerikalı elektrik avtomobil istehsalçısı “Tesla” Hindistanın Mumbay şəhərində ilk salonunu açıb. Satışlar 6.1 milyon rupi (təxminən 70 min dollar) dəyərində olan Model Y ilə başlayıb. Qeyd edək ki, ABŞ-də bu model 46 600 dollara satılır. İlon Mask daha əvvəl bildirmişdi ki, gələn il hindlilər daha sərfəli Tesla Model 3 sifariş edə biləcəklər.

İlon Mask dəfələrlə bildirib ki, sürətlə inkişaf edən Hindistan iqtisadiyyatı və ölkə vətəndaşlarının artan gəlirləri “Tesla”nın biznesi üçün xüsusi maraq kəsb edir. Hindistan bazarına daxil olmaq xüsusilə Şimali Amerika və Avropada “Tesla” satışları İlon Maskın mübahisəli siyasi bəyanatları və hərəkətləri səbəbindən bu il kəskin şəkildə aşağı düşməyə başlayandan sonra aktuallaşıb.

İyunun 6-da peyk internet operatoru “Starlink” Hindistan tənzimləyicilərindən kommersiya əməliyyatlarına başlamaq üçün lisenziya alıb.

Son xəbərlər
Digər xəbərlər