13 C
Baku
Saturday, November 23, 2024

“Tesla” rekord sayda elektromobil satıb

İlon Maska məxsus olan “Tesla” şirkəti rekord 241 min elektromobil satıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 72% çox olub. Xatırladaq ki, keçən il dünya avtomobil istehsalçıları çip çatışmazlığı səbəbindən bir çox problemlərlə üzləşib.

Məsələ ondadır ki, çip istehsalçıları ən çox smartfon və məişət texnikasına üstünlük verib, koronavirus pandemiyası fonunda isə komponent təchizatçılarının işi pozulub.

“Wedbush” eksperti Daniel Ayvzın sözlərinə görə, ABŞ və Çində elektrikli nəqliyyat vasitələrinin tədarük tempi son bir ay ərzində çox güclü olub, bu da “Tesla”nı 2020-ci ilin dördüncü rübündə heyrətamiz inkişaf etdiyini göstərir.

Bununla belə, Ayvz mikroçip çatışmazlığının şirkətin illik istehsalını 40 min ədəd azaldacağını təxmin edir. Onun fikrincə, 2021-ci ilin sonunda tədarük təxminən 865 min, ən yaxşı halda isə 900 min avtomobil olacaq.

“Çip çatışmazlığı, eləcə də bu ilin əvvəlindən hələ də bərpa olunmayan tələb kimi problemlərə baxmayaraq, “Tesla”nın bütün bunlarla mübarizə qabiliyyəti dördüncü rübdə təsiredici olub”, – deyə Ayvz əlavə edib.

Xatırladaq ki, sentyabr ayında “Tesla”nın qurucusu İlon Mask işçilərinə məktub yazıb. O, üçüncü rübün əvvəlində istehsal problemlərini həll etmək və layiqli xidmət göstərmək üçün hamını “super sərtliyə” çağırıb.

Son xəbərlər
Digər xəbərlər