18 C
Baku
Tuesday, April 23, 2024

“Tesla”, “Rivian” və “Nikola”da xarici mütəxəssislərin orta əmək haqqı nə qədərdir?

“Tesla”, “Rivian” və “Nikola” dəvət olunan xarici mütəxəssislərinin maaşlarını açıqlayıblar. 2020-ci ildə daimi və müvəqqəti işçilərin orta əmək haqqını “Business Insider” dərc edib. 

Tesla

“Tesla”da bu vəzifələrdən ən aşağı əmək haqqı keyfiyyət mühəndisi (Quality engineer) alır – orta hesabla ildə 93 978 dollar. Ən çox isə proqram mühəndisi qazanır – ildə 150 190 – 169 375 dollar. 

– İdarəetmə sistemləri mühəndisi (Control engineer) – 125 724 dollar;

– Məlumat tədqiqatçısı (Data scientist) – 107 min dollar;

– Avadanlıq mühəndisi (Equipment engineer) – 99 188 dollar;

– Qlobal təchizat zənciri meneceri (Global Supply manager) = 122 244;

– İdarəetmə sistemləri üzrə aparıcı menecer (Lead Senior controls engineer) – 124,5 min dollar;

– Mühəndis-texnoloq (Manufacturing engineer) – 111 863 dollar;

– İstehsal injinirinqi meneceri (Manufacturing engineering manager) – 166 425 dollar;

– Mühəndis-kontruktor (Mechanical-design engineer) – 107 125 dollar;

– İstehsalın təşkilatı mühəndisi (Process engineer) – 93 989 dollar;

– Məhsul meneceri (Product manager) – 121,5 min dollar. 

Rivian

“Rivian”da keyfiyyət mühəndisi ildə 76 667 dollar əmək haqqı alır. Onun ardınca təhlükəsizlik mütəxəssisləri (85,5 min dollar) və sistem meneceri (176 667 dollar) gəlir. 

– Təchizatın keyfiyyəti mühəndisi (Supplier Quality engineer) – 87 min dollar;

– İdarəetmə sistemləri mühəndisi (Controls engineer) – 110 min dollar;

– Mühəndis-texnoloq (Manufacturing engineer) – 91,5 min dollar;

– Mühəndis-mexanik (Mechanical engineer) – 105 min dollar;

– Software engineer – 153 288 dollar. 

Qeyd edək ki, “Rivian” şirkətində işçilərin orta əmək haqqı iş təcrübəsindən, coğrafi yerləşmədən, tələb və bazardakı qiymətlərdən asılı olaraq dəyişir. 

Nikola

Təəssüf ki, “Business Insider” bu şirkətin yalnız iki vəzifəsi üzrə orta əmək haqqını açıqlayıb:

– CAE Engineer, crash safety – 95 min dollar;

– Akkumulyator modulları üzrə aparıcı mühəndis-konstruktor (Lead battery-module-design engineer) – 118 min dollar).

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər