10 C
Baku
Şənbə, Noyabr 27, 2021

“Tesla” rübü rekord $1.6 mlrd. mənfəətlə başa vurub

“Tesla” şirkəti 2021-ci ilin üçüncü rübündə 1.6 milyard dollar və ya səhm başına 1.44 dollar xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, 2020-ci ilin iyul-sentyabr ayları ilə müqayisədə bu göstərici 1.27 milyard dollar artaraq 331 milyon dollar və ya səhm başına 0.27 dollar olub.

Beləliklə, elektrikli avtomobil istehsalçısının gəliri maksimumu yeniləyib və bir il əvvəlki 8.8 milyard dollara qarşı 13.8 milyard dollar (+57%) təşkil edib. Ümumilikdə, “Tesla”nın gəliri 26.6% artıb, bu barədə şirkətin hesabatında deyilir.

Şirkət həmçinin günəş panelləri də daxil olmaqla energetika biznesindən 806 milyon dollar qazandığını açıqlayıb. Daha 894 milyon dollar İlon Maskın avtomobil təmiri, texniki xidmət və sığorta sayəsində qazanılıb.

Elektromobil istehsalçısı eyni zamanda, demək olar ki, 2.5 milyard dollarlıq bitkoinlərə sahibdir. Bundan əvvəl verilən məlumata görə, 2021-ci ilin doqquz ayında şirkətin rəqəmsal aktivlərindən 1milyard dollar gəlir əldə edilib.

Üçüncü rübdə “Tesla” bazara 241 mindən çox avtomobil çıxarıb. Bu onun daha bir rekordu olub. Göstərilmiş müddət ərzində Maskın şirkəti 237 min avtomobil istehsal edib.

Qeyd edək ki, “Refinitiv” mütəxəssisləri daha əvvəl “Tesla”nın gəlirinin 13.63 milyard dollar və ya səhm başına 1.59 dollar təşkil edəcəyini gözləyirdilər.

Son xəbərlər
Oxşar xəbərlər
X