9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Tesla” səhmlərini daha əlçatan etmək üçün onları 5:1 nisbətində bölüşdürməyə razılaşıb

“Tesla”nın direktorlar şurası səhmləri işçilərə və investorlara daha əlçatan etmək üçün onları 5:1 nisbətində bölüşdürməyə razılaşıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

28 avqust 2020-ci il tarixində bazar bağlandıqdan sonra reyestrdəki hər bir səhmdar sahib olduğu hər səhm üçün dörd əlavə adi səhm şəklində dividend əldə edəcək. Səhmlərin yeni bölgüsü avqustun 31-dən başlayaraq nəzərə alınacaq.

Avqustun 11-də Nasdaq birjasında “Tesla” səhmlərinin qiyməti 1374,39 dollar təşkil etmişdir. Hərraclar sona çatdıqda, qiymətli kağızlar 6%-dan çox artıb. Ümumilikdə, 2020-ci ilin əvvəlindən bəri “Tesla” şirkətinin səhmləri təxminən 300% bahalaşıb. “Morgan Stanley”in mütəxəssisləri onların obyektiv qiymətləndirilmədiyini hesab edirlər.

İyul ayında “Tesla” ardıcıl olaraq dörd rübdə mənfəət əldə etdiyini açıqlayıb, şirkət aprel-iyun aylarında 104 milyon dollar qazanıb. Bu o deməkdir ki, “Tesla” S&P 500 indeksinə daxil edilə bilər.

Son xəbərlər
Oxşar xəbərlər