14 C
Baku
Cümə, Oktyabr 22, 2021

“Tesla” səhmlərinin 17% ucuzlaşması İlon Maska 16,5 mlrd. dollardan baha başa gəlib

faizlere

2020-ci il 8 sentyabr tarixində “Tesla” səhmləri 17%-dən çox ucuzlaşıb ki, bu da şirkətin S&P 500 indeksinə daxil edilməməsi ilə nəticələnib.

Xatırladaq ki, sentyabrın 4-də komissiya yeni qərar çıxartdı: hərracdan sonra səhmlər 17% ucuzlaşıb, bu səbəbdən S&P 500 indeksinə “Tesla” deyil, “Etsy” şirkəti daxil edilib.

“Forbes” reytinqində milyarderlərin sıralamasında müəyyən dəyişikliklər olub. Belə ki, “Tesla”nın rəhbəri İlon Mask beşinci yerdən yeddinci yerə enib. Qiymətləndirmələrə görə, hazırda onun sərvəti 75,6 milyard dollar təşkil edir. O, bir gündə 16,5 milyard dollar itirib.

Qeyd edildiyi kimi, “Tesla” S&P 500 indeksinə daxil olmağı planlaşdırsa da, bu məqsədə nail ola bilməyib. Aprel-iyun aylarında şirkətin gəliri 104 milyon dollar təşkil edib.

Ümumilikdə, bir il ərzində “Tesla” səhmləri təqribən 400% bahalaşıb. Avqust ayında şirkətin direktorlar şurası səhmlərin 5:1 üzrə bölünməsini təsdiq edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər