15 C
Baku
Sunday, November 24, 2024

“Tesla” səhmləri 10% bahalaşıb — Şirkətin son göstəriciləri “çarxı” geri döndərir

İNVESTİSİYA (BANKER.AZ) — ABŞ-nin elektrik avtomobili istehsal edən “Tesla”nın (TSLA) ikinci rübdə çatdırılma nəticələri Uol-Stritdə gözləntilərini üstələməsi investorlar üçün gözəl bir sürpriz olub.

Dünən, çərşənbə axşamı “Tesla” ikinci rübdə 443 956 avtomobil tədarük etdiyini bildirib. Bu, şirkətin öz təxmini olan 438 000 avtomobildən yuxarıdır. Uol-Stritdəki son təxminləri 420 000 ilə 425 000 avtomobil aralığında azalıb.

“Telsa” rübdə təxminən 411 000 avtomobil istehsal edib- bu əlavə müsbət göstəricidir.

Dünən bu müsbət əhval-ruhiyyə “Tesla”nın səhmlərini 10.2% bahalaşdırmaqla 231.26 dollara çatdırdı.

Hesabatın ardınca “CFRA” analitikləri dünən bir səhm üçün 12 aylıq qiymət targetini 20 dollar artıraraq 250 dollara qaldırıb. Şirkətdən bildirir ki, elektrik avtomobili tələbatının düşməsi ilə bağlı narahatlıqları xeyli azalıb.

“Wedbush” analitiki Dan Ayves səhmləri alış mövqeyində qiymətləndirir, onun qiyməti bir səhm üçün 275 dollardır.

Çərşənbə axşamı ticarətindən əvvəl “Teslan”ın səhmləri ardıcıl beş gün artaraq təxminən 15% bahalaşıb. Bu artım gözləntiləri artırdı və çatdırılma ilə bağlı məyusluğu daha əhəmiyyətli edib. Bununla belə “Tesla” bir neçə səbəbə görə bu məyusluğun qarşısını aldı:

Əvvəla, “Tesla” tədarükləri əvvəlki illə müqayisədə təxminən 5% azalaraq, ardıcıl ikinci rüblük azaldı. Buna baxmayaraq, nəticələr ideal olmasa belə, gözləniləndən daha yaxşı oldu. Bundan əlavə, 2024-cü ilin əvvəlində elektrik avtomobil satışlarının artımı qlobal miqyasda yavaşladı.

İkincisi, Uol-Stritin analitikləri tez-tez rüblük nəticələr elan edilməzdən əvvəl şirkət performansı ilə bağlı təxminlərini aşağı salırlar. Əvvəlcə onlar “Tesla”nın təxminən 440 000 avtomobil tədarük edəcəyini gözləyirdilər, lakin rübün sonuna yaxınlaşdıqca, daha ehtiyatlı davrandılar və gözləntilərini azaldıblar. Bu, “Tesla”nın bu azaldılmış proqnozları aşmasını asanlaşdırdı.

Şirkət yeni uzun məsafə qət edə bilən “Model Y”ni təqdim etdi ki, bu da genişləndirilmiş diapazonla daha sərfəli variantdır. Bundan əlavə, Tesla ikinci rübdə birinci rüblə müqayisədə təxminən 10 000 daha çox “Cybertrucks” tədarük edib. Satışları artırmaq üçün “Tesla” elektrikli avtomobillərini daha sərfəli edən təşviqedici faiz dərəcələri də tətbiq edib.

Hesabat ərəfəsində Bloomberg açıqlamışdı ki, “Tesla”nın opsiyon investorları üç ilin ən yüksək alış mövqeyinə keçiblər.

Son xəbərlər
Digər xəbərlər