“Tesla” avtomobil konserninin səhmləri 7% artıb, bu barədə “CNBC” bildirib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edildiyi kimi, bir saatdan az müddətdə şirkətin qiymətli kağızları 711.5 dollar səviyyəsini keçib.
Aprelin 5-də Bakı vaxtı ilə 17:35-də şirkətin səhmlərinin artımı 6.3% təşkil edib.
Şirkətin səhmləri 2021-ci ilin birinci rübündə elektrikli nəqliyyat vasitələrinin istehsalı və tədarükü barədə cümə günü verilən hesabat fonunda bahalaşıb. Hesabata görə, “Tesla” son üç ayda 180 338 elektrikli avtomobil istehsal edib, 184 800 avtomobil müştərilərə tədarük edilib.