“Tesla” səhmləri rüblük hesabatdan sonra 18% ucuzlaşıb. Belə ki, 23 iyul 2025-ci ildə səhmlər 332.56 dollar səviyyəsində olub.
CNBC yazır ki, 2025-ci ilin ikinci rübündə şirkətin xalis mənfəəti 16% azalaraq 1.17 milyard dollar təşkil edib. 2024-cü ilin ikinci rübündə bu, 1.4 milyard dollar olub.
Ümumi gəlir 2024-cü ilin ikinci rübündəki 25.5 milyard dollardan illik müqayisədə 12% azalaraq 22.5 milyard dollara düşüb. Avtomobil bölməsi 16% azalaraq 16.7 milyard dollar, energetika bölməsi 7% azalaraq 2.8 milyard dollar qazanıb.
İyulun əvvəlində şirkət aprel-iyun aylarında 384 120 elektrik avtomobili tədarük etdiyini açıqlayıb – tədarüklər ardıcıl ikinci rüb 13% azalıb.
İnvestorlarla telefon danışığında “Tesla”nın qurucusu İlon Mask xəbərdarlıq edib ki, şirkəti “çətin bir neçə rüb” gözləyir. Buna səbəb elektriklə işləyən avtomobillərə dövlət dəstəyinin dayandırılmasıdır.
“Tesla” bildirib ki, 2025-ci ilin iyununda elektrik avtomobilin ilk “aşağı qiymətli” versiyasını yığmağa başlayıb və 2025-ci ilin ikinci yarısında kütləvi istehsala başlayacaq.